ATƏT-in Ukraynadakı monitorinq missiyası bir il uzadıldı
Bizi izləyin

Dünya

ATƏT-in Ukraynadakı monitorinq missiyası bir il uzadıldı

ATƏT-in daimi şurası martın 12-də Vyanada keçirilən iclasında Ukraynada xüsusi monitorinq missiyasının 2016-cı il martın 31-dək uzadılması haqqında razılaşdırılmış qərar qəbul edib. Zərurət yarandığı təqdirdə missiya genişləndirilə bilər.

Missiyanın bir illik maliyyələşməsinə müntəzəm büdcədən 65 milyon avro ayrılacaq. Könüllü üzvlük haqlarının həcmi isə 20 milyon avro təşkil edə bilər.

Hazırda missiyanın tərkibi 500 nəfərdən ibarətdir. Onların 350 nəfərə yaxını Ukraynanın cənub-şərqində fəaliyyət göstərir. Missiyanın mənzil-qərargahı Kiyevdə yerləşir, on şəhərdə isə nümayəndəliyi var.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm