Müsəlmanların həyatı daha da çətinləşdi
Bizi izləyin

Dünya

Müsəlmanların həyatı daha da çətinləşdi

Avstriya Federal Şurasında mübahisəli “İslam Aktı” səsverməyə çıxarılıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, radikal sağçı Avstriya Azadlıq Partiyasının nümayəndələri qanunda çatışmazlıqların olduğunu bildirərək Milli Məclisə geri göndərilməsini istəyib.

Qanun layihəsi Avstriya Milli Məclisində 25 fevralda qəbul edilmişdi. Avstriya Azadlıq Partiyasının adından danışan millət vəkilləri islamın ölkənin bir parçası olmadığını və Avropa dəyərlərinə uyğunlaşmadığını ifadə ediblər. Çıxışlardan sonra səsverməyə çıxarılan qanun layihəsi səs çoxluğu ilə qəbul olunub. Federal Şuranın təsdiqlədiyi “İslam Aktı” prezident tərəfindən imzalandıqdan sonra rəsmi qəzetdə dərc edilməsi ilə qüvvəyə minəcək.

Müsəlmanların dini həyatını mənfi təsir edən maddələrin yer aldığı qanunda ölkə xaricindən imamların gəlməsinə qadağa qoyulması, Nazirlər Kabinetinə müsəlman icmaların tanınması və ləğv edilməsi səlahiyyətinin olması, imamların universitetdə yetişdirilməsi, dini tədbirlərin təhlükəsizlik səbəbi ilə ləğv edilməsi kimi maddələr var.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm