ABŞ-dan neft qiymətlərinə daha bir zərbə gələ bilər
Bizi izləyin

Dünya

ABŞ-dan neft qiymətlərinə daha bir zərbə gələ bilər

ABŞ-ın nəhəng neft şirkətləri neft ixracatına qoyulan qadağanın ləğv edilməsi ilə bağlı hərəkətə keçib.

Axar.az “Bloomberg” agentliyinə istinadən xəbər verir ki, “ConocoPhillips”, “Exxon Mobil”, “Occidental Petroleum”, “Marathon Oil”, “Chesapeake Energy” kimi neft şirkətləri Obama administrasiyasının rəsmiləri ilə görüşərək neft ixracatı ilə bağlı 40 illik qadağanın ləğv olunmasını istəyiblər.

Belə ki, ABŞ-da neft qlobal göstəricidən təxminən 10 dollar aşağı satılır. Qadağanın ləğvi ABŞ istehsalçılarına daha yüksək qiymətə satış imkanı verəcək.

Bu isə öz növbəsində dünya bazarlarında neftin qiymətinin daha da ucuzlaşmasına gətirib çıxaracaq.

Qeyd edək ki, 1973-cü ildə OPEK ABŞ-ın ərəblərlə müharibədə İsrailə dəstək verməsindən sonra bu ölkəyə neft ixracatı ilə bağlı embarqo tətbiq edib. ABŞ isə buna cavab olaraq, xaricə neft ixracına qadağa qoyub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm