Rusiya müsəlmanlarından “Rus dünyası” ideologiyasına SƏRT REAKSİYA
Bizi izləyin

Dünya

Rusiya müsəlmanlarından “Rus dünyası” ideologiyasına SƏRT REAKSİYA

Rusiya Müsəlmanları Ruhani İdarəsinin sədrinin birinci müavini Damir Mühətdinov “Rus dünyası” ideoloji konsepsiyasını sərt tənqid edib.

Publika.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, Damir Mühətdinov konsepsiyanın formalaşdırılması zamanı hakim elitanın müsəlmanların maraqlarını nəzərə almadığını bildirib.

“Konstitusiyaya görə, Rusiyada dövlət ideologiyası ola bilməz. Amma faktiki olaraq, hakim elita “Rus dünyası” ideologiyasını inkişaf etdirir. Bu konsepsiyada islamın yeri və rolu düşünülmür, ölkənin müsəlman əhalisinin maraqları nəzərə alınmır”, - Permdə keçirilən konfransda Mühətdinov deyib.

Onun sözlərinə görə, çoxsaylı məsələlər məhz ona görə həll edilmir ki, Rusiyanın gələcəyə hesablanmış strateji düşüncəsində islama yer yoxdur. Mühətdinov qeyd edib ki, “Rus dünyası” ideologiyasının formalaşdırılmasında keçmişin mirasına, hər şeydən əvvəl rus filosoflarına müraciət edirlər: “Amma nəzərə almırlar ki, onlar başqa dövrdə yaşayıblar. Dostoyevski, İlinin və Berdyayevin fikirləri rus ideyasının çox gözəl nümunələridir. Amma onlar keçmiş üçün söylənilib, bu gün üçün deyil”.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin 17 may 2014-cü ildə Krımda etdiyi məşhur nitqində “Rus dünyası” konsepsiyasını irəli sürüb. Putin dünyanın hansı nöqtəsində olmasından asılı olmayaraq, etnik rusların müdafiə olunacağını bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm