Ukraynada Lenini 4 dəfə “xoşbəxt” etdilər
Bizi izləyin

Dünya

Ukraynada Lenini 4 dəfə “xoşbəxt” etdilər

Naməlum şəxslər ötən gecə Zaporojye vilayətinin Vasilyev rayonunda keçmiş SSRİ-nin qurucusu Vladimir Leninin 4 abidəsini dağıdıb.

Publika.az “RBK-Ukrayna” agentliyinə istinadən xəbər verir ki, bu barədə Vasilyev rayon dövlət administrasiyasındakı mənbə bildirib.

Abidələri dağıdanları saxlamaq hələ mümkün olmayıb.

Martın 5-də isə naməlum şəxslər Zaporojye vilayətində Leninin beş abidəsinə zərər vurublar. Maydan hadisələrinin başlanmasından bu yana Ukraynada sovet mirası ilə mübarizə çərçivəsində Leninin abidələrinə çoxsaylı hücumlar təşkil edilib. 8 dekabr 2013-cü ildən 8 dekabr 2014-cü ilə qədər Leninin 500-dən çox abidəsi dağıdılıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm