Abdullah Gül son nöqtəni qoydu: “Qayıtmıram”
Bizi izləyin

Dünya

Abdullah Gül son nöqtəni qoydu: “Qayıtmıram”

Türkiyənin 11-ci prezidenti Abdullah Gül yayda keçiriləcək parlament seçkilərində iştirakı ilə bağlı gedən müzakirələrdə son nöqtəni qoyub.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, keçmiş prezident aktiv siyasətin içində olmayacağını bildirib.

“Şübhəsiz ki, AKP-nin qurucusuyam. Bundan sonra da bütün təcrübəmi dövlətim və millətim üçün sərf etməkdə davam edəcəyəm. Bunun üçün isə siyasətin içində olmağa ehtiyac yoxdur. Yenidən söyləmək istədiyim budur ki, bu cür suallara əvvəl necə cavab vermişəmsə, bu gün də cavabım eyni şəkildədir. Hazırda aktiv siyasətin içində olmayacağam”, - Abdullah Gül deyib.

Qeyd edək ki, Türkiyə mediası Gülün qarşıdan gələn parlament seçkilərində iştirak edəcəyini iddia edib. Məlumata görə, bu məsələ prezident Rəcəb Tayyib Ərdoğanla da razılaşdırılıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm