Bu ölkədə ilk internet-kafe açıldı
Bizi izləyin

Dünya

Bu ölkədə ilk internet-kafe açıldı

İnternetə yalnız iş həyatında icazə verən Kuba hakimiyyəti qadağanı bir qədər yumşaldıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, hakimiyyət Kubanın paytaxtı Havanada ilk dəfə bir internet kafesinin açılmasına icazə verib.

Kubanın məşhur sənətçisi Kçonun açdığı internet kafeyə gələnlər “Facebook” və “Twitter” kimi saytlardan istifadə edir, xarici ölkələrdəki qohumları ilə danışırlar. İnternetin sürəti dünya ilə orta göstəricidən xeyli aşağı olsa da kubalı gənclər olduqca məmnun görünür.

Kubanın internet infrastrukturunu Venesuela təmin edir. Venesueladan Kubaya dənizin altı ilə lif-optik kabellər uzanır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm