İspaniyada jurnalist birinci xanımı meymuna bənzətdiyinə görə işdən qovuldu
Bizi izləyin

Dünya

İspaniyada jurnalist birinci xanımı meymuna bənzətdiyinə görə işdən qovuldu

İspaniyanın “Univision” telekanalında aparıcı olan Rodner Figuero işdən qovulub.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, aparıcının işdən qovulmasına səbəb onun ABŞ prezidenti Barak Obamanın həyat yoldaşı Mişel Obama barəsində “Meymuna bənzəyir” deməsi olub.

Canlı olaraq yayımlanan bir proqramda moda ilə bağlı danışan Figuero bildirib ki, Mişel Obama da daxil olmaqla bəzi şəxslər özlərini makiyajla fərqli şəxslərə çeviriblər: “Diqqətli bir şəkildə izləyin. Mişel Obama “Meymunlar Planeti” filminin aktyorları kimi görünür”. Proqramın digər aparıcısı Lili Estefan “Nələr söyləyirsən?” deyərək mövzunu dəyişmək istəyib. Raul Molina adlı aparıcı isə Mişel Obamanın olduqca cazibədar xanım olduğunu söyləsə də Figuero “Amma bu gerçəkdir” deyərək sözlərini müdafiə edib.

Hadisədən sonra bəyanat verən kanal rəhbərliyi aparıcının işdən çıxarıldığını bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm