Türkiyədə intihar edən əsgər sayı şəhidlərin sayından çoxdur - ŞOK
Bizi izləyin

Dünya

Türkiyədə intihar edən əsgər sayı şəhidlərin sayından çoxdur - ŞOK

Türkiyədə intihar edən əsgərlərin sayı şəhid olanların sayından çoxdur.

Publika.az xəbər verir ki, bu barədə Türkiyə Həmkarlar İttifaqı ilə Türkiyənin Təqaüdçü Veteranlar Birliyi məlumat yayıb.

Bildirilib ki, ötən 10 il ərzində terrorçuluqla mübarizədə 818 əsgər şəhid olsa da, 934 əsgər hərbi hissələrdə intihar edib.

Məlumatda qeyd edilib ki, əsgərlərin 42%-i təhqirdən, 30%-i döyülməkdən, 28%-i həddindən artıq işgəncəyə məruz qaldığından, 24%-i tibbi yardım ala bilmədiyindən, 14%-i fiziki işlərə məcbur qalmaqdan, 7%-i yüksək rütbəli hərbçilərin şəxsi işlərini görmələrindən, 7%-i isə yuxusuz qalmalarından şikayətçidir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm