Lotereyada 1 milyon uddu, pulunu götürmədi
Bizi izləyin

Dünya

Lotereyada 1 milyon uddu, pulunu götürmədi

ABŞ-da PowerBall lotereyasında 1 milyon dollar udan şəxs qeyri-müəyyən səbəblərə görə uduşu almaq üçün müəyyən olunmuş vaxtın sonunadək biletini təqdim edə bilməyib.

Hazırda bu vəsait Kaliforniya ştatının məktəb təhsili sisteminin büdcəsinə köçürülür.

Qaydalara əsasən, lotereya biletlərini təqdim edərək uduşu götürmək üçün verilən 180 günlük vaxt martın 12-də bitib. Bundan sonra uduşlu biletlər qüvvədən düşmüş sayılır.

Vəziyyət həm də ona görə maraqlıdır ki, Kaliforniya KİV-ləri Los-Anceles şəhərinin super-marketlərinin birində uduşlu bileti alan şəxsin fotoşəklini də yayıblar. Foto super-marketin daxili nəzarət sistemindən götürülüb. Bundan əlavə, satıcılardan birinin sözlərinə görə, gənc oğlan öz uduşu barədə məlumatlı olub. İndi hər kəs 1 milyon dolların arxasınca gəlməyən “xoşbəxt”in başına nə gəldiyi haqda düşünür.

Los Angeles Times qəzeti bu cür halların tez-tez baş verdiyini qeyd edir. Belə ki, keçən maliyyə ilində lotereya uduşlarının sahibləri ümumilikdə onlara çatmalı olan 20 milyon dolları götürməyiblər.

Bu məbləğlər PowerBall lotereyasının ən iri uduşu olan 590,5 milyon dolların yanında kölgədə qalıb. 2013-cü ilin yaz aylarında uduşa düşmüş həmin böyük məbləğ sahibi tərəfindən son sentinə qədər alınıb. (Azərtac)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm