Ərbakandan İŞİD xəbərdarlığı - 23 il əvvəl – VİDEO
Bizi izləyin

Dünya

Ərbakandan İŞİD xəbərdarlığı - 23 il əvvəl – VİDEO

Türkiyənin 33-cü baş naziri Nəcməddin Ərbakan indi dünyanı vahiməyə salan İŞİD terrorçuları barədə hələ 23 il öncə məlumatlı imiş.

Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, sabiq baş nazir hələ 1992-ci ildə Türkiyə Böyük Millət Məclisinin (TBMM) tribunasında senssasiya yaradan çıxış edib:

“Ər-Riyadda bir Amerikalı polkovnik əli ilə xəritədə göstərərək deyir ki, yeni Türkiyə dövləti burada qurulacaq. Bundan əlavə, İraqda müharibə bitəcək və Səddam devriləcək. Bununla da İraq dövləti süqut edəcək. Onun yerində böyük boşluq və münaqişə yaranacaq, ancaq kürdlər bu boşluğu dövlət quraraq dolduracaq. Ola bilsin ki, kürdlər Türkiyədən də torpaq istəyəcək. Türkiyə buna razılıq verməyəndə isə vuruşacaqsınız. Səddam devriləndən sonra İraqda yeni müharibə başlayacaq, İraqın şimalındakı kürdlər böyük silahlara sahib olacaqlar. Çünki Səddamın buraxdığı silahlar onlara qalır. Hətta Türkiyədən də güclü silahlara sahib olacaqlar. Onların təyyarələri, topları, tankları, ağır silahları və raketləri olacaq. Bütün bunları amerikalı polkovnik Körfəz müharibəsi başlamadan öncə bildirib. Möhtərəm millət vəkilləri, bu gün bölgədə İsraillə bağlı baş verən proseslər, xarici güclərin müdaxiləsi və sairə, bütün bunların hamısı planlı olaraq həyata keçirilir. Onların uzun müddətə düşünülən planları var. Bu palanlar Qərbə aiddir. Elə isə bəs bizim Orta və Yaxın Şərqlə bağlı milli planlarımız haradadır? Bəs bu planları bizdən kim icra edəcək? Qərbin planlarına alət olmaq olmaz”.

Publika.az sözügedən çıxış videosunu da təqdim edir:

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm