Öcalanın yanına gedən məhkumların kimliyi məlum oldu
Bizi izləyin

Dünya

Öcalanın yanına gedən məhkumların kimliyi məlum oldu

Türkiyənin İmralı adasındakı həbsxanasında olan PKK lideri Abdullah Öcalanın yanına gedəcək məhkumların kimliyi müəyyənləşdirilib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Abdullah Öcalanın yanına gedəcək 4 məhkum Diyarbəkr və Nazilli həbsxanalarından göndəriləcək.

İmralı həbsxanasında ömürlük həbs cəzası çəkən 5 məhkum isə Öcalanın istəyi ilə başqa həbsxanalara göndəriləcək. Onlar 4 il yarımdır ki, İmralı həbsxanasında cəzasını çəkirdi. Sözügedən 5 məhkum PKK-nın üzvləridir və müxtəlif terror aktlarında iştirakda ittiham olunub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm