Dünya
Fəlakət riskinin azaldılması üzrə III dünya konfransı keçirilir
Martın 14-də Yaponiyanın Senday şəhərində işə başlamış
BMT-nin fəlakət riskinin azaldılması üzrə III dünya konfransında
nümayəndələr bu faciələrin yaratdığı təhlükələrin qarşısının
alınması yollarını müzakirə edirlər.
Konfransın açılış mərasimində dünyanın müxtəlif ölkələrindən
gəlmiş mindən çox nümayəndə iştirak edib.
BMT-nin baş katibi Pan Gi Mun bildirib ki, konfrans iştirakçıları
dünyanın bütün xalqlarının qarşılaşdığı məsələlərin müzakirəsi ilə
məşğuldurlar. Baş katib onları insanların tələbatlarına cavab verə
biləcək tədbirlərin işlənib hazırlanmasına çağırıb.
Konfransda çıxış edən Yaponiyanın Baş naziri Şinzo Abe 2011-ci ilin
martında baş vermiş təbii fəlakət zamanı göstərilən yardımına görə
digər ölkələrə minnətdarlığını bildirib.
Ş.Abe əmin olduğunu bildirib ki, konfransda iştirak edən müxtəlif
ölkələrin təmsilçiləri təbii fəlakətlər zamanı əldə olunmuş müsbət
təcrübəni bölüşəcək və bu sahədə beynəlxalq əməkdaşlığı
genişləndirəcəklər.
-
Kriminal03:30
Sumqayıtda DƏHŞƏT: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”
-
MDB00:30
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
-
Qoroskop00:15
Günün ULDUZ FALI: münasibətlər gərginləşə bilər
-
MDB18 Aprel 23:12
Bu ölkədə falçı və cadugərlərlə bağlı SƏRT QƏRAR VERİLƏCƏK
-
Magazin118 Aprel 22:48
Məşhur xanəndə ONLARI QINADI: "Bu saat necə gəldi geyinirlər" - FOTO