Turist avtobusu 400 metr hündürlükdən yuvarlandı
Bizi izləyin

Dünya

Turist avtobusu 400 metr hündürlükdən yuvarlandı

Braziliyada turist avtobusunun 400 metr dərinliyi olan dərəyə yuvarlanması nəticəsində azı 49 nəfər ölüb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, hadisə ölkənin cənubundakı Santa-Katarina ştatında baş verib. Yerli rəsmilərin verdiyi məlumata görə, ölənlərin 8-i azyaşlı, 24-ü qadındır.

Avtobusda təxminən 50 sərnişinin olduğu ehtimal olunur. Xəsarət almış 10 nəfər hazırda xəstəxanadadır.

Braziliyada il ərzində yol qəzalarında təxminən 43 min nəfər ölür.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm