İŞİD dəhşətləri: yeni məzarlıqlar tapıldı
Bizi izləyin

Dünya

İŞİD dəhşətləri: yeni məzarlıqlar tapıldı

İraqın Samarra şəhərinin cənub-şərqində intiharçı bomba partlayışı nəticəsində üç nəfər həlak olub.

Publika.az xəbər verir ki, başqa şəhərlərdə də İslam Dövləti yaraqlıları tərəfindən törədilmiş yeni zorakılıqlar barədə məlumatlar əldə edilib. İraqın şimalındakı Kərkük ətrafında, türkmən şəhəri Bəşirdə 50-dək meyit aşkarlanıb.

Bundan əlavə Tikritin şərqində yerləşən Əbu Əcil qəsəbəsi yaxınlığında üç kütləvi məzarlıq tapılıb.

Hazırda cəsədlərin ötən iyunda edam olunmuş İraq əsgərlərin aid olub-olmadığı yoxlanır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm