Steve Jobsun sirri açıldı
Bizi izləyin

Dünya

Steve Jobsun sirri açıldı

Dörd il əvvəl xərçəng xəstəliyinə yenilən “Apple”in qurucusu Steve Jobsun həyatı yenidən müzakirə mövzusuna çevrilib.

“Apple”in qurucusunun həyatının dönüş nöqtələrini işıqlandıran “Becoming Steve Jobs” adlı kitab hələ satışa verilməsə də, Steve Jobs və korporasiyanın idarə heyətinin üzvü Tim Cook haqqında bu günədək bilinməyən bir hekayə də gün üzünə çıxıb.

Kitabda qeyd olunur ki, 2009-cu ildə təcili olaraq qaraciyər nəqlinə ehtiyac duyan Steve Jobsa ilk yardım təklifi Tim Cooktan gəlibmiş. Belə ki, xəstə həmkarı ilə eyni qan qrupuna sahib olduğunu öyrənən Tim Cook qara ciyərindən bir parça vermək istəsə də, bu təklif Jobs tərəfindən qəbul olunmayıb.

“Steve Jobsa qara ciyərimi verdikdən sonra sağlığımla əlaqədar bir problem yaşamayacağımı söyləsəm də, onu razı sala bilmədim”, - deyən Tim Cook, 13 il birlikdə işlədiyi Jobs ilə yalnız 4 dəfə mübahisə etdiklərini və bunun da o anlardan biri olduğunu söyləyib.

Qeyd edək ki, Steve Jobs 2011-ci ilin oktyabrında 56 yaşında xərçəng xəstəliyindən vəfat edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm