Amerika işğalı bitdi, İran işğalı başlandı – İRAQ FACİƏSİ
Bizi izləyin

Dünya

Amerika işğalı bitdi, İran işğalı başlandı – İRAQ FACİƏSİ

“İraq ABŞ-ın işğalından xilas olur, ancaq İranın işğalı altına girir”.

Publika.az xəbər verir ki, bu sözləri Türkiyənin “Yeni Şafak” qəzetinə açıqlamasında Strateji Düşüncə İnstitutunun xarici siyasət və beynəlxalq əlaqələr proqramı üzrə koordinatoru Mehmet Şahin deyib.

“Amerika işğalı müəyyən bir müddət sonra başa çatacaq. On beş-on altı min kilometr uzaqlıqdan gələrək həyata keçirilən bu işğalın ancaq müəyyən bir müddət davam etdirilməsi mümkündür. Ancaq İran buraya tarixi olaraq öz maraq dairəsi kimi baxır. Unutmayaq ki, Səddam dövründə şiələrə qarşı təzyiq edildiyi üçün Nuri Əl-Maliki başda olmaqla şiə liderləri uzun müddət İranda yaşayıblar. Həmin heyətin hamısı bu gün İraqda iqtidardadır. İran işğalı Amerika işğalından daha uzunmüddətlidir və əsas təhdid də budur”, - türkiyəli ekspert deyib.

Mehmet Şahin İraqda İran işğalının təmin edilməsində general Kasım Süleymaninin xüsusi rolunun olduğunu bildirib: “İran İnqilab Keşikçiləri Korpusu İranın ən əhəmiyyətli əsgəri gücüdür və birbaşa dini liderə bağlıdır. Bu gücün “Qüds Gücü” adlı bir qolu var. “Qüds Gücü” ölkə daxilində deyil, xaricdə əməliyyatları həyata keçirir. Kasım Süleymani “Qüds Gücü”nün komandiridir. Onun Tikritə girməsi İŞİD-in sonun gətirməyəcək. Əksinə, bu qüvvənin Tikritə daxil olaraq İraq ordusu və şiə milislərini idarə etməsi gələcəkdə yeni terror təşkilatlarının ortaya çıxmasının əsas səbəblərindən biri olacaq”.

Xatırladaq ki, “Yeni Şafak” bir neçə gün əvvəl İranın İraq siyasəti ilə bağlı şok iddia irəli sürüb. Qəzetin yazdığına görə, Mosulun İŞİD terror təşkilatının əlinə keçdiyini görən Tehran “Şiə hilalı”nın pozulmaması üçün İŞİD-in bənzəri olan bir təşkilat qurub. “El Xorasani briqadası” adlanan bu təşkilat ağır silah və hərbi təchizatla təmin olunub.

Qəzetin yazdığına görə, İŞİD-in Suriya və İraqda geniş əraziləri ələ keçirməsi İranın maraqlarını təhlükəyə altına alıb. Suriyadakı vətəndaş müharibəsi ilə təhlükəyə girən “Şiə hilali”nı yenidən gücləndirmək üçün hərəkətə keçən İran İraq və Suriyada onun maraqlarını müdafiə edən təşkilatlara dəstəyini artırıb. İran Mosulun İŞİD tərəfindən işğal olunmasından sonra “El Xorasani briqadası” adlı yeni bir təşkilat yaradıb.

Doqquz ay əvvəl qurulan təşkilatın bütün hərbi və siyasi təşkilatlanması 2 ay əvvəl başa çatdırılıb. Deyilənə görə, təşkilatın əsas vəzifəsi İraqın Nəcəf, Kərbəla və Bağdadı şəhərlərini qorumaq, İraqda İŞİD-in kökünü kəsməkdir. İraq ordusunun son Tikrit hücumlarında “El Xorasani briqadası”nın ön sıralarda olduğu bildirilir.

Məlumata görə, briqadaya istifadəsində “Mitsubishi” və “Hyundai” avtomobillərinin ən son modelləri, AK-74 S “Kalaşnikov” avtomat silahları, “Dragunov” snayperləri və digər ən müasir silahlar var. “Yeni Şafak”ın yazdığına görə, “El Xorasani briqadası” format olaraq İŞİD-in demək olar ki, tam eynisidir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm