Daha bir ölkə Sarkisyanın dəvətini rədd etdi
Bizi izləyin

Dünya

Daha bir ölkə Sarkisyanın dəvətini rədd etdi

Norveçin baş naziri Erna Solberg qondarma “erməni soyqırımı”nın 100-cü ildönümü ilə əlaqədar Ermənistanda təşkil ediləcək mərasimlərə qatılmayacaq.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə baş nazirin özü bildirib.

Solbergin qərarı Ermənistan tərəfdarı olan tarixçilərin sərt reaksiyasına səbəb olub. Tarixçi Baard Larsen Solbergin qərarını “qorxaqlıq” adlandırıb. Onun sözlərinə görə, Norveçin baş nazir səviyyəsində tədbirlərə qatılması təxribat sayılmazdı.

Baş nazir Norveçin Ermənistandakı keçiriləcək tədbirlərə səfirlik səviyyəsində qatılacağını deyib. Onun məsləhətçisi Bard Glad Pederson isə qeyd edib ki, tarixi mövzularla bağlı qərarların qəbulunu tarixçilərin ixtiyarına buraxmaq lazımdır.

Bundan əvvəl isə Almaniyanın baş naziri Angela Merkel və Böyük Britaniyanın baş naziri Devid Kameron 24 apreldə İrəvana getməyəcəklərini açıqlayıblar.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm