"Admiral"da ölən azərbaycanlı qadının da şəxsiyyəti müəyyənləşib (YENİLƏNİB)
Bizi izləyin

Dünya

"Admiral"da ölən azərbaycanlı qadının da şəxsiyyəti müəyyənləşib (YENİLƏNİB)

Kazanda ticarət mərkəzində baş vermiş yanğın nəticəsində həlak olmuş Azərbaycan vətəndaşı 1995-ci il təvəllüdlü Paşayev Pərviz Telman oğlunun cənazəsi yaxınlarına verilib.

Bu barədə Trend-ə Ümumrusiya Azərbaycanlıları Konqresinin Tatarıstan nümayəndəliyindən bildirilib.

Yaxın zamanlarda cənazə Azərbaycana göndəriləcək.

Nümayəndəlikdən qeyd edilib ki, hələlik yanğında həlak olan azərbaycanlı qadının şəxsiyyəti müəyyənləşdirilməyib. Onun Cəlilabad rayonundan olduğu bildirilir.

Yanğın zamanı xəsarət almış Azərbaycan vətəndaşı Tağıyev Salam Bəxtiyar oğlu xəstəxanadadır, onun vəziyyəti orta ağır qiymətləndirilir.

***

Ümumrusiya Azərbaycanlıları Konqresinin Tatarıstan nümayəndəliyindən daha sonra Trend-ə bildiriblər ki, yanğın zamanı ölən azərbaycanlı qadının kimliyi müəyyənləşib. Bu, 1961-ci ilin martın 22-də anadan olmuş Muxtarova Tamilla Hüsi qızıdır.

Onun cənazəsinin gün ərzində doğulduğu Cəlilabada rayonuna göndəriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm