Dünya
Səddamın Tikritdəki türbəsi dağıdıldı - FOTO
İraqın keçmiş prezidenti Səddam Hüseynin Tikrit şəhərindəki türbəsi tamamilə dağıdılıb.
Publika.az “Associated Press” agentliyinə istinadən xəbər verir ki, Tikritin Əl-Avjada kəndindəki türbənin yalnız sütunları qalıb.
İraq ordusu və İranın dəstəklədiyi şiə gücləri hazırda Tikritin İŞİD terror qruplaşmasından tamamilə təmizlənməsi üçün döyüşlər aparır. İraq ordusunun 48 saat ərzində ələ keçirəcəyi barədə vəd verdiyi Tikritdə döyüşlər şəhərin cənub və şimalında şiddətlənib.
Dağıdılan türbədə Səddam Hüseynin şəkillərinin yerində şiə güclərinin bayraqları və şiə liderlərin şəkilləri görünür. İŞİD ötən ilin avqust ayında türbəni tamamilə yıxdığını açıqlamış, ancaq yerli səlahiyyətlilər informasiyanı təkzib edərək türbəyə yüngül ziyan dəydiyini söyləmişdi.
Səddam Hüseyn 2003-cü ildə ABŞ hərbçiləri tərəfindən tutulub və 2006-cı ildə edam edilib. O, 2007-ci ildə Tikritdəki türbədə dəfn edilib. Ötən il isə şəhərin sünni sakinləri Səddam Hüseynin cəsədinin oradan çıxarılaraq naməlum bir istiqamətdə aparıldığını bildirib.
Hazırda Tikritdə İŞİD-ə qarşı üç min İraq əsgəri və 20 min şiə döyüşçüsü döyüşür.
Ömər Dağlı
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?
-
Magazin123 Aprel 23:36
Tünzalə imicini dəyişdi - FOTO
-
MDB23 Aprel 23:12
Şoyqunun müavini SAXLANILDI - Külli miqdarda rüşvət alıb
-
İdman23 Aprel 22:48
Son çempion boşanır: uşaqlıqdan başlayan nağıl bitir