İŞİD lideri öldürüldü – SON DƏQİQƏ
Bizi izləyin

Dünya

İŞİD lideri öldürüldü – SON DƏQİQƏ

Əfqanıstanın cənubundakı Gilmənd vilayətində təşkil edilən əməliyyatda İŞİD lideri Hafiz Vahidi öldürülüb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Əfqanıstan Müdafiə Nazirliyindən bildirilib.

Məlumata görə, Molla Abdul Rauf Hademin koalisiya güclərinin hava hücumunda öldürülməsindən sonra onun yerinə keçən qardaşı oğlu Hafiz Vahidi də Əfqanıstan ordusunun həyata keçirdiyi əməliyyatda öldürülüb.

Əməliyyatda ümumilikdə İŞİD-in 9 üzvü öldürülüb, 6-sı yaralanıb.

Molla Abdul Rauf Hadem ABŞ-ın Quantanamo həbsxanasından Əfqanıstanın paytaxtı Kabilə göndərilmiş və buradakı həbsxanadan qaçaraq Talibana qoşulmuşdu. O daha sonra isə İŞİD-in Əfqanıstan üzrə rəhbəri təyin olunmuşdu.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm