Poroşenkodan boykot çağırışı: “Çempionat Rusiyada keçirilməsin”
Bizi izləyin

Dünya

Poroşenkodan boykot çağırışı: “Çempionat Rusiyada keçirilməsin”

Ukrayna prezidenti Pyotr Poroşenko 2018-ci ildə Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatını boykot etməyə çağırıb.

Publika.az xəbər verir ki, dövlət başçısı çağırışı Almaniyanın “Bild” nəşrinə müsahibəsində bildirib.

“Həmişə deyilir ki, futbolu siyasətlə qarışdırmaq olmaz. Amma bu necə mümkündür? Bizim ən uğurlu klubumuz “Şaxtyor” Lvovda oynayır, çünki Rusiya əsgərləri Donetski tutublar. Düşünürəm ki, Rusiyada keçiriləcək dünya çempionatı boykot edilməlidir. Nə qədər ki Rusiya qoşunları Ukraynadadır, mən bu ölkədə dünya çempionatının keçirilməsini ağlasığmaz hesab edirəm”, - Poroşenko deyib.

Qeyd edək ki, bundan əvvəl də Avropanın bir sıra siyasətçiləri sözügedən çempionatı boykot etməyə çağırıb.

Bundan əvvəl isə FİFA-nın prezident Yozef Blatter Ukraynanın yarışda iştirak edəcəyi halda, Ukrayna və Rusiyanın ayrı-ayrı qruplarda mübarizə aparacağını deyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm