Canlı yayımda cinayət etirafı
Bizi izləyin

Dünya

Canlı yayımda cinayət etirafı

Amerikalı milyarder Robert Derst həbs olunub.

Axar.az “nytimes.com”a istinadən xəbər verir ki, HBO telekanalında həyatı ilə bağlı çəkilən sənədli filmin müzakirəsi zamanı məşhur milyarder öz cinayətini dilə gətirib. Mikrofonun işlək vəziyyətdə olduğunu unudan Robert Derst öz-özünə deyib: “Mən nə etdim? Əlbəttə ki, onu öldürdüm”. Bu sözlərdən sonra hadisə yerinə polis əməkdaşları gəlib və milyarderi sorğuya çəkiblər. Bir müddətdən sonra Robert Derst öz cinayətini etiraf edib.

Xatırladaq ki, milyarder 15 il öncə yoxa çıxan xanımı ilə bağlı bir müddət polis nəzarətində olmuş, lakin polis heç nə sübut edə bilmədiyinə görə sərbəst buraxılmışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm