Çanaqqala zəfərinin 100-cü ildönümü qeyd olunacaq
Bizi izləyin

Dünya

Çanaqqala zəfərinin 100-cü ildönümü qeyd olunacaq

Sabah Türkiyədə Çanaqqala zəfərinin 100-cü ildönümü qeyd olunacaq.

Birinci dünya müharibəsi əsnasında Türkiyənin Gelibolu yarımadasında 1915-1916-ci illər arasında Osmanlı Dövləti ilə Antanta İttifaqı arasında dəniz və quru döyüşləri olmuşdu.

İttifaq Dövlətləri Osmanlı Dövlətinin paytaxtı İstanbulu alaraq boğazların idarəsini ələ keçirmək, Rusiyayla etibarlı bir qida və hərbi ticarət yolu açmaq, bununla Almanya ilə müttəfiq ölkələrdən birini zəiflətmək istəyirdilər.

Düşmən qüvvələri ilk hədəf olaraq Çanaqqala boğazına girmişdilər. Ancaq hücumları müvəffəqiyyətsiz olmuşdur və iki tərəfin də çox ağır itkilər verməsiylə İttifaq Dövlətləri geri çəkilmişlər. Bu döyüş məhv olma vəziyyətində olan bir ölkənin möhtəşəm qələbəsi kimi olaraq əfsanələşib, hər vətəndaşın xatirəsində qalmışdır.

Türkiyə cümhuriyyəti qurulduqdan sonra ingilis və fransız donanmalarının geri çəkildiyi gün, 18 mart hər il Çanaqqala Şəhidlərinin Anın günü olaraq qeyd olunur.

Müttəfiqlər üçün isə bu döyüş, əsgəri bacarıqsızlıq və fəlakət simvolu olaraq yadda qalıb.

Zəfər günü ilə əlaqədar keçiriləcək tədbirlərə hazırıqlıq işləri atıq tamamlanıb. İstanbul şəhərində aktyorlar açıq səhnədə Çanaqqala döyüşlərini canlandıracaqlar.

Mərsin vilayətində Çanaqqala dəniz döyüşləri zamanı qələbədə böyük payı olan Nüsrət Mayın gəmisi sahilə yan alıb. Bir qrup fəal gəmini qarşılamaq üçün limanda bir araya gəlib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm