Saakaşvilidən müharibə anonsu: “Tezliklə başlayacaq...”
Bizi izləyin

Dünya

Saakaşvilidən müharibə anonsu: “Tezliklə başlayacaq...”

Ukrayna prezidenti Pyotr Poroşenkonun ştatdankənar məsləhətçisi, Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Amerika siyasətçilərini Ukraynaya silah verməyə inandıra bilib.

Publika.az “Bloomberg” agentliyinə istinadən xəbər verir ki, bu barədə Saakaşvilinin özü bildirib.

Onun sözlərinə görə, ABŞ prezidenti Barak Obamaya Respublikaçılar və Demokratlar Partiyasından təzyiq güclənir.

“Mən inanıram ki, ABŞ Ukraynaya silah göndərəcək. Amerika cəmiyyəti və siyasi elitasında bu məsələdə vahid mövqeyin olması mənə ümid verir. Demək olar ki, Konqres, Pentaqon və kəşfiyyat strukturlarında hamı bu ideyanı dəstəkləyir”, - Saakaşvili qeyd edib.

Sabiq prezidentin sözlərinə görə, müharibə tezliklə başlayacaq və buna görə də silahların çatdırılmasına tələsmək lazımdır: “Rusiya tezliklə Ukraynanın cənubuna zərbə vuracaq. Ukraynaya təcili silah lazımdır, çünki heç bir sülh müqaviləsi yoxdur”.

Bundan əvvəl isə Saakaşvili əminliyini ifadə edib ki, ABŞ-ın Ukraynaya silah verməsi barədə qərar 99 faiz hazırdır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm