Bir gündə 12 nəfər edam edildi
Bizi izləyin

Dünya

Bir gündə 12 nəfər edam edildi

Hökumətin ölüm cəzası ilə bağlı moratoriumu ləğv etməsindən sonra bu gün Pakistanda 12 kişi edam edilib.

Publika.az-ın məlumatına görə, onlardan 10 nəfəri Pəncab vilayətindəki həbsxanada, digər ikisi isə Kəraçi şəhərində asılıb.

Ölüm hökmü ilk olaraq terrorizmdə ittiham olunan məhbuslara tətbiq olunub. Lakin ölüm cəzası almış və aprllyasiya müraciətləri rədd edilən bütün məhbusların edam ediləcəyi bildirilib.

İnsan haqları təşkilatları etiraz edərək, edam hökmü çıxarılan bir çox məhbusun işgəncə və ya ədalətsiz yolla məhkum edildiyini bildirib. Onlar hazırda Pakistanda 8 mindən çox insanın ölüm cəzası ilə üzləşdiyini deyib.

Pakistanın baş naziri Nəvaz Şərif ölüm cəzası hökmünün bərpası ilə bağlı qərarı keçən ilin dekabr ayında Pişəvərdə məktəbdə hücum zamanı16 nəfər işçi heyəti də daxil edilməklə, 134 şagirdin öldürülməsindən sonra verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm