İŞİD-dən kürdlərə Novruz sürprizi
Bizi izləyin

Dünya

İŞİD-dən kürdlərə Novruz sürprizi

İŞİD terror təşkilatı girov saxladığı Peşmərgə əsgərlərini Novruz bayramında iordaniyalı pilot kimi yandıracaq.

Publika.az xəbər verir ki, bu barədə kürdlərə yaxın saytlardan biri bildirib.

Xəbərə görə, kürdlər İŞİD-ə girovların mübadiləsi ilə bağlı təklif verib. Hətta İŞİD-ə təklif olunub ki, azad edilməsini istədiyi üzvlərinin adlarını versin. Amma kürdlərin təklifinə İŞİD-dən cavab verilməyib.

İŞİD bu yaxınlarda əlindəki peşmərgələrin bir hissəsini qəfəslərin içində Kərkük vilayətinin Havice mahalında nümayiş etdirmişdi.

Peşmərgə Güclərinin əlində də çoxlu sayda İŞİD üzvü var. Onların bir hissəsinin könüllü təslim olduğu bildirilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm