Polis rəisi işçilərini döydü - VİDEO\FOTO
Bizi izləyin

Dünya

Polis rəisi işçilərini döydü - VİDEO\FOTO

Rusiyanın Perm şəhərində polis bölməsinin sərxoş rəis müavini tabeçiliyində olanları döyüb.

ANS PRESS-in məlumatına görə, sonda polislər rəislərinin əl-qolunu burmalı olublar.
Hadisə martın 5-də səhər tezdən Perm Kosmonavt Leonov küçəsindəki polis bölməsində baş verib. Öz əməkdaşları ilə dalaşan polis bölməsinin rəis müavini polis podpolkovniki 37 yaşlı İqor Qulyayev olub.

Əvvəlcə o kompüter arxasında işləyən polisə irad tutub. Sonra onu başından yumruqlayıb. Daha sonra digər həmkarlarını boğmağa başlayıb. Qarşısına çıxanı şilləliyən, təpikləyən polisi həmkarları sonda zərərsizləşdirib.

Müşahidə kameralarına düşən kadrlar sosial şəbəkədə yayıldıqdan sonra rəis muavini işdən qovulub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm