Dünya
Separatçılar Kiyevin verdiyi statusu rədd etdi
Ukraynanın şərqindəki separatçılar onların nəzarətində olan iki rayona Kiyev tərəfindən təklif olunmuş xüsusi statusu rədd edirlər.
Moskva Ukrayna prezidentini Minskdə razılaşdırılmış sənədə əvvəlcədən müzakirə olunmamış şərtləri əlavə etməkdə günahlandırır. Rusiyanın Xarici İşlər Nazirliyi bildirib ki, Poroşenkonun millət vəkillərinin müzakirəsinə verdiyi razılaşma sənədində əvvəlcədən ora daxil olmayan əlavələr edilib. Nazirlik bildirir ki, Kiyev razılaşmanın qiyamçılarla birbaşa danışqılar aparılması və yerli seçkilər barəsində razılığa gəlinməsi kimi müddəalarını qulaqardına vurur.
Donetsk qiyamçılarının lideri Denis Puşilin də Kiyevi faktiki olaraq Minsk razılaşmasını pozmaqda ittiham edib.
Qeyd edək ki, Poroşenkonun təqdim etdiyi layihə xüsusi statusun verilməsini yalnız yerli seçkilərdən sonra mümkün hesab edir. Bundan əlavə prezident variantında seçki zamanı orada heç bir silahlı birləşmələrin olmaması təklif edilir.
Minsk razılaşmasında isə deyilirdi ki, Donetsk və Luqansk vilayətlərinin bir sıra rayonlarına muxtariyyətə bərabər xüsusi status verilməlidir. Ukrayna Ali Radası Donbasın bəzi rayonlarının xüsusi statusu haqqında qanuna dəyişiklikləri dəstəkləyib. Qanuna təklif edilən dəyişiklikləri 265 deputat dəstəkləyib.
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR