Pilotlar tətil edəcək
Bizi izləyin

Dünya

Pilotlar tətil edəcək

Almaniyanın milli hava nəqliyyat şirkəti Lufqanzada pilotlar çərşənbə günü tətilə çıxacaqlarını elan ediblər.

Publika.az-ı məlumatına görə, bunun şirkətin qısa və orta-məsafəli uçuşlarına təsir edəcəyi bildirilib. Tətili pilotların "Vereinigung Cockpit" ittifaqı təşkil edib. Səbəb, nəqliyyat şirkətilə erkən təqaüd şəraitləri barədə uzun müddətdir davam edən mübahisədir.

Bu, Lufqanzada son zamanlar baş verən çoxsaylı tətillərdən biridir. Tətil 24 saat davam edəcək və Almaniyanın bütün aeroportlarına təsir edəcək. Amma şirkətin ucuz uçuş operatoru olan Eurowings-də tətillər olmayacaq.

Son il ərzində baş verən tətillər Lufqanza şirkətinə 232 milyon avroya başa gəlib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm