Netanyahu qələbəsini elan etdi
Bizi izləyin

Dünya

Netanyahu qələbəsini elan etdi

İsrailin baş naziri Benjamin Netanyahu seçkidə “böyük qələbəsini” elan edib.

Publika.az xəbər verir ki, exit-pollar onun partiyası ilə mərkəz-solçu Sionist İttifaqının qazandığı səslər arasında fərqin cüzi olduğunu göstərir.

İki exit-poll baş nazir kürsüsünü qoruyub saxlamağa çalışan Netanyahunun Likud partiyasına Knessetdə 27 yer qazandırıb və rəqib partiya da eyni sayda mandata sahibdir.

Üçüncü exit-pola görə Likud 28 mandat qazanmalıdır.

Seçkinin son nəticələri bu gün bilinəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm