Rusiyaya qarşı sanksiyalar - Avropanın 7 dövləti YOX dedi
Bizi izləyin

Dünya

Rusiyaya qarşı sanksiyalar - Avropanın 7 dövləti YOX dedi

İtaliya, Yunanıstan, Kipr, Avstriya, Macarıstan, Slovakiya, İspaniya Rusiyaya qarşı yeni sanksiyaları dəstəkləməyəcəklər.

Publika.az bildirir ki, bu barədə nüfuzlu “Bloomberg” agentliyi yazıb.

Bu ölkələr hesab edir ki, sanksiyaların sərtləşdirilməsi Ukrayna böhranını daha da dərinləşdirəcək.

“Bu ölkələr onsuz da sanksiyalara könülsüz qoşulmuşdular” - deyə “Bloomberg” qeyd edib.

Ukraynada əldə olunmuş kövrək sülhün möhkəmləndirilməsi üçün bu “anti-sanksiya” blokunun sabah Brüsseldə işinə başlayacaq Avropa İttifaqının sammitində öz mövqeyini ifadə edəcəyi gözlənilir.

X.SƏFƏROĞLU

Oxumağa davam et
Reklam
Reklam

Gündəm