Türkiyədə onların sayına 500 min nəfər də əlavə olunacaq
Bizi izləyin

Dünya

Türkiyədə onların sayına 500 min nəfər də əlavə olunacaq

Türkiyəyə sığınan suriyalı qaçqınların sayı isə 700 min nəfəri ötüb.

Hələbdəki qarşıdurmalar təxminən 500 min suriyalının Türkiyəyə keçməsi ilə nəticələnə bilər. Publika.Az –ın verdiyi xəbərə görə, bu barədə ABŞ-ın “Nyu York Tayms” qəzeti yazıb.

Suriyadakı vətəndaş müharibəsinə son qoymaq üçün keçirilən “Cenevrə-2” konfransının fiaskoya uğraması ilə döyüşlər daha da şiddətlənib. Bu isə ilk növbədə Türkiyə üçün narahatlıq yaradır. Məlumata görə, Suriya ordusunun son günlər Hələbə etdiyi hava hücumlarından qaçan vətəndaşlar Türkiyə sərhədinə doğru axın etməyə başlayıb.

Qeyd edək ki, son iki həftə ərzində suriyalı qaçqınların sayı 100 min nəfər artaraq 2,3 milyona çatıb. BMT-nin hesablamalarına görə, cari ilin sonunadək suriyalı qaçqınların sayı 4 milyonu keçəcək.

Türkiyəyə sığınan suriyalı qaçqınların sayı isə 700 min nəfəri ötüb. Suriyalı qaçqınların daha çox sığındığı digər ölkələr isə İordaniya, İraq və Livandır. 4,2 milyondan çox insan isə öz ölkəsində qaçqın həyatı yaşayır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm