Almaniya qarışdı: 350 nümayişçi tutuldu, onlarla insan yaralandı - VİDEO
Bizi izləyin

Dünya

Almaniya qarışdı: 350 nümayişçi tutuldu, onlarla insan yaralandı - VİDEO

Almaniyanın Frankfurt şəhərində Avropa Mərkəzi Bankının yeni qərargahı qarşısında etiraz nümayişi keçirilir.

Publika.az RİA agentliyinə istinadən xəbər verir ki, hüquq-mühafizə orqanlarının məlumatına görə, aksiyada iştirak edənlərdən 350 nəfər saxlanılıb.

Agentlik qeyd edir ki, aksiyada təxminən 1500 insan iştirak edir. Öz növbəsində, “Blokupay” sol radikal hərəkatının nümayəndələri nümayiş iştirakçılarına qarşı gözyaşardıcı qazdan istifadə olunduğunu bildirib. Məlumata görə, çoxlu sayda zərərçəkən var. Lakin onların sayı açıqlanmayıb.

Nümayiş iştirakçıları ilə qarşıdurma nəticəsində 70-ə qədər polisin yaralandığı bildirilir.

“Reuters” xəbər verib ki, polis bankın qərargahına girişi təmin etmək üçün yanğın nasoslarından istifadə edib. Daha əvvəl bildirilirdi ki, etirazçılar binanın mühasirəsini yara biliblər.

Beynəlxalq xəbər agentlikləri vəziyyətin mediada əks olunduğundan daha dəhşətli olduğunun vurğulayırlar.

Hadisələri işıqlandırmağa çalışan Lidia Pedro adlı qadın jurnalist alman polisinin jurnalistlərə hücum etdiyini bildirib. “Twitter” hesabından baş verənləri şərh edən qadın jurnalist “Frankfurtda polis mətbuata hücum edir, mətbuat azadlığı haradadır?” yazıb.

Qeyd edək ki, Avropa Mərkəzi Bankının yeni qərargahının açılışı bu günə nəzərdə tutulub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm