Sürücü tabutda meyit olmadığı üçün cərimə olundu – VİDEO
Bizi izləyin

Dünya

Sürücü tabutda meyit olmadığı üçün cərimə olundu – VİDEO

Türkiyənin İstanbul şəhərində yol hərəkət qaydalarını pozan sürücü avtomobildə cənazə olduğunu deməklə qayda pozuntusuna haqq qazandırmaq istəyib.

Publika.az xəbər verir ki, yolda reyd həyata keçirən polis sürücünün yalan söylədiyini ortaya çıxarıb.

Təhlükəsizlik xəttini keçdiyinə görə veriləcək cəzadan xilas olmağa çalışan cənazə avtomobilinin sürücüsü ağlasığmaz bir yola əl atıb. Xəstəxanaya meyit apardığını söyləyən sürücü ziddiyyətli ifadələri ilə polisin diqqətini çəkib. Polis tabutun içində meyitin olub-olmadığını yoxlamaq üçün avtomobilə mindikdən sonra sürücü yalan danışdığını etiraf etməyə məcbur olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm