Restorana hücum edildi, 2 nəfər güllələndi - VİDEO
Bizi izləyin

Dünya

Restorana hücum edildi, 2 nəfər güllələndi - VİDEO

“Kalaşnikov” avtomatları ilə silahlanan naməlum şəxslər İsveçin Göteborq şəhərində restoranlardan birinə hücum edib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, silahlı şəxslər iki nəfəri öldürüb.

Şahidlərin sözlərinə görə, insanların futbol matçına baxdığı vaxt iki nəfər restorana hücum edib. Polis iki nəfərin öldüyünü, səkkiz nəfərin yaralandığını bildirib. Ölənlərin sayının arta biləcəyi istisna edilmir. Məlumata görə, yaralıların bir neçəsinin vəziyyəti ağırdır.

Hadisəyə görə, hələ heç kim saxlanılmayıb. Polis hesab edir ki, silahlı şəxslər cinayətkar qruplaşmanın üzvləridir. Cinayətin baş verdiyi ərazi hazırda mühasirəyə alınıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm