Pentaqon təsdiq etdi: “Terror təşkilatının liderini biz vurduq”
Bizi izləyin

Dünya

Pentaqon təsdiq etdi: “Terror təşkilatının liderini biz vurduq”

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Somalidə yerləşən “Əş-Şəbab” terror təşkilatının liderlərindən olan Adan Qararın pilotsuz təyyarə vasitəsi ilə təşkil edilən hücumda öldürüldüyünü təsdiqləyib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Pentaqon təşkilat liderinin “Hellfire” raketləri ilə təchiz edilən pilotsuz təyyarə ilə vurulduğunu söyləyib.

Adan Qarar 2013-cü ilin sentyabr ayında Nayrobidə ticarət mərkəzinə hücumu hazırlayanlardan biri olub. ABŞ həmçinin Qararın “ABŞ vətəndaşları və maraqlarını hədəfə alan hərəkətlərə” liderlik etdiyini bildirir.

Pentaqona görə, Qarar terror təşkilatının təhlükəsizlik və kəşfiyyat qanadının üzvü olub və “Əş-Şəbab”ın xarici ölkələrdə həyata keçirdiyi əməliyyatların koordinasiya olunmasına cavabdehlik daşıyıb.

Qararın paytaxt Moqadişenin 240 kilometr qərbindəki Dinsor qəsəbəsinin yaxınlığında öldürüldüyü deyilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm