Nemtsov 84 min dollar üçün öldürülüb - İDDİA
Bizi izləyin

Dünya

Nemtsov 84 min dollar üçün öldürülüb - İDDİA

Rusiyanın müxalifət siyasətçisi Boris Nemtsov Fransanın “Charlie Hebdo” jurnalında çap olunan karikaturalarla bağlı mövqeyinə görə öldürülüb.

Publika.az xəbər verir ki, bu barədə “Rosbalt” agentliyi istintaqın materiallarına istinadən bildirib.

Xəbər agentliyinin yazdığına görə, Nemtsovun öldürülməsi üçün beş milyon rubl (təxminən 84 min dollar) ayrılıb. İstintaq hesab edir ki, qətldə şübhəli hesab edilən Zaur Dadayev hansısa şəxslərin sifarişi üzrə hərəkət edib. İddia edilir ki, fevralın əvvəlindən başlayaraq Zaur Dadayev, Anzor Qubaşev və Beslan Şavanov yaşayış yeri və istifadə etdiyi marşrutları öyrənmək üçün Nemtsovu izləməyə başlayıb.

Cinayət işində adı hallanan digər üç fiqurant - Şahid Qubaşev, Tamerlan Əskərxanov və Xamzat Baxayev qətlin icraçılarına informasiya toplamaqda kömək ediblər.

Qeyd edək ki, Nemtsov fevralın 27-də axşam saatlarında Kreml yaxınlığında, Moskva çayı körpüsünün üstündə qətlə yetirilib.

Martın 8-də Moskvanın Basman rayon məhkəməsi Boris Nemtsovun qətlində şübhəli bilinən beş nəfərin həbs olunması barədə qərar çıxarıb. Zaur Dadayev və Anzor Qubaşevə cinayət işi üzrə ittiham irəli sürülüb. Digər üç nəfər – Qubaşevin qardaşı Şahid, Tamerlan Əskərxanov və Xamzad Baxayev hələlik şübhəli hesab olunurlar.


Zaur Dadayev və Qubaşev qardaşları İnquşetiyada, Tamerlan Əskərxanov və Xamzad Baxayev isə Moskva ətrafında kirayələdikləri evdə tutulublar. Müttəhimlərin qohumları Boris Nemtsovun öldürüldüyü gün onların Moskvada olduqlarını təsdiqləsələr də, bu çinayətdə iştiraklarına inanmadıqlarını bildirirlər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm