Qaradərililər Amerikada polis zorakılığına qarşı – FOTOLAR
Bizi izləyin

Dünya

Qaradərililər Amerikada polis zorakılığına qarşı – FOTOLAR

ABŞ-ın Ferguson şəhərindəki hadisələrdən sonra qaradərililərə qarşı daha da kütləviləşən polis zorakılığı halları Cənubi Afrika Respublikasının (CAR) Yohannesburq şəhərində böyük etirazla qarşılanıb.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, Ferguson Afrika-Amerika Cəmiyyətinin minlərlə üzvü ABŞ-ın CAR-dakı konsulluğu önündə “Məni də vur” şüarı ilə kütləvi etiraz aksiyalarına başlayıb.

Aksiya iştirakçıları ABŞ-da polis tərəfindən öldürülən qaradərililərin xatirəsini anıblar və etiraz şüarları səsləndiriblər.

Xatırladaq ki, ABŞ-ın əsasən zəncilərin yaşadığı Ferguson şəhərində 18 yaşlı Mixael Brovn adlı gəncin polisin açdığı atəş nəticəsində həyatını itirməsinin ardından bölgədə gərginlik artıb. Polis Amerika küçələrinə çıxan etirazçıları dağıtmaq üçün tüstü və gözyaşardıcı bombadan istifadə edib. Hadisələr zamanı etirazçılarla yanaşı, bir neçə jurnalist də həbs edilib.

Vasif Həsənli



Oxumağa davam et
Reklam
Reklam

Gündəm