“Hər üç rus diplomatından biri agentdir” - İTTİHAM
Bizi izləyin

Dünya

“Hər üç rus diplomatından biri agentdir” - İTTİHAM

İsveçin kəşfiyyat təşkilatı (SAPO) Stokholmda vəzifəsini yerinə yetirən rus diplomatlarının üçdə birinin əslində agent olduğunu açıqlayıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, SAPO-nun baş analitiki Vilhelm Unge Rusiyanın İsveç üçün ən böyük kəşfiyyat təhdidi olduğunu söyləyib.

Avropada yüzlərlə rus agentinin olduğunu deyən Unge onların deportasiya edilməli olduğunu bildib. İsveçdəki rus agentlərini “yaxşı təhsil almış, SSRİ dövründən daha gənc və bacarıqları yüksək” şəklində xarakterizə edən analitikin sözlərinə görə, SAPO ötən il İsveçin hərbi texnologiyasını ələ keçirməyə cəhd edən rus agentlərinə maneə olub.

Rusiyanın İsveçdəki səfirliyi ittihamlarla əlaqədar hər hansı şərh verməyib.

SAPO ötən il Rusiyanın İsveçdə siyasi, iqtisadi və hərbi kəşfiyyat fəaliyyətini artırdığı barədə xəbərdarlıq etmişdi.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm