Saakaşvilinin hakimiyyətə yolu xüsusi qanunla bağlana bilər
Bizi izləyin

Dünya

Saakaşvilinin hakimiyyətə yolu xüsusi qanunla bağlana bilər

Gürcüstanda 2004-2012-ci illərdə iqtidarda olan Mixail Saakaşvili hakimiyyəti cinayətkar rejim kimi tanına bilər.

Publika.az Gürcüstan mediasına istinadən xəbər verir ki, Gürcüstan parlamentində təmsil olunmayan üç partiya – “Azad Gürcüstan”, “İslahatçılar” və “Xaçpərəst-demokratik hərəkatı” partiyaları qanunverici orqana bununla bağlı qanun layihəsi təqdim etməyə hazırlaşırlar.

Partiyalar lazımı imzaları topladıqdan sonra qanun layihəsini bir ay ərzində parlamentə təqdim edəcək. Qanun əsas hədəfi “Vahid Milli Hərəkat” iqtidarını cinayətkar rejim kimi qiymətləndirmək, həmin hakimiyyətdə təmsil olunan məmurlara qarşı müəyyən sanksiyaları tətbiq etməkdir. Qanun layihəsi həmin şəxslərə prezident, nazir və Milli Təhlükəsizlik Şurasının katibi kimi postlara seçilməsi və təyin olunmasını qadağan edir.

“Azad Gürcüstan” Partiyasının siyasi katibi Tengiz Omanidze bildirib ki, qanun layihəsi həmçinin hakimlər, prokurorlar və onların müavinlərinə toxunacaq. Onun sözlərinə görə, sanksiyaların hədəfi olan insanların bir qismi hazırkı hakimiyyətdə təmsil olunub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm