İŞİD-in yezidilərə hücumu soyqırım sayıla bilər
Bizi izləyin

Dünya

İŞİD-in yezidilərə hücumu soyqırım sayıla bilər

İŞİD qruplaşmasının cihadçıları İraqdakı yezidi azlığına qarşı soyqırım və hərbi cinayətlər törətmiş ola bilər.

Publika.az xəbər verir ki, bu barədə BMT-nin sonuncu hesabatında bildirilib. Hesabatda deyilir ki, İŞİD yezidiləri bir qrup kimi məhv etmək niyyətini güdüb.

Ötən yay cihadçıların irəliləməsindən sonra on minlərlə yezidi İraqın şimalındakı doğma kəndlərini tərk etməli olub. O vaxtlar çox sayda adam öldürülüb və ya əsir alınıb. Cihadçılar qədim inancları olan yezidiləri şeytana sitayiş edənlər kimi tanıyırlar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm