Ukraynaya qisas arxasınca gedən gürcülər – VİDEO
Bizi izləyin

Dünya

Ukraynaya qisas arxasınca gedən gürcülər – VİDEO

Ukraynanın şərqində çoxlu sayda gürcüstanlı döyüşçü Ukrayna ordusunun sıralarında separatçılara qarşı döyüşür.

Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, gürcü döyüşçülər Rusiyaya qarşı mübarizə aparmaq üçün Donbasa gəldiklərini bildirirlər.

Onların sözlərinə görə, Rusiyanın Gürcüstan və Ukraynanın ortaq düşməni olduğuna inanır və Abxaziya ilə Cənubi Osetiyanın intiqamını almaq istəyirlər. “Gürcü Legionu” adlı silahlı qrupun qurucusu və rəhbəri Mamuşa Mamulaşvili 10 aydan çoxdur ki, separatçılarla dörüşür.

“Gürcü Legonu”ndakı döyüşçülərin sayı və silah arsenalı barədə məlumat verməyən Mamulaşvili rəhbərlik etdiyi döyüşçülərin Abxaziya və Cənubi Osetiya müharibələrində təcrübə qazandıqlarını bildirib. Onun sözlərinə görə, gürcü döyüşçülərinin bəziləri Ukrayna ordusunda təlim keçir. Gürcü komandir döyüşçülərin Gürcüstan ordusu ilə hər hansı bir əlaqəsinin olmadığını vurğulayıb.

Gürcü döyüşçüsü Roman Dvalidze onların “muzdlu döyüşçülər” adlandırılmasına sərt reaksiya verib. Dvalidze bir qəpik belə almadıqlarını, könüllü döyüşdüyünü deyib: “Vətənpərvərləri Rusiyadan intiqam almaq üçün Ukraynaya toplamışıq. Şansımızı dəyərləndirmək istəyirik”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm