Almaniyanın ən böyük aviaşirkətinin pilotları tətilə başlayır
Bizi izləyin

Dünya

Almaniyanın ən böyük aviaşirkətinin pilotları tətilə başlayır

Almaniyanın ən böyük aviaşirkəti olan “Lutfhansa” Hava Yollarının pilotları sabahdan tətilə başalayır.

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, pilotlar pensiya yaşının 59-dan 61-ə qaldırılmasına etiraz əlaməti olaraq işə çıxmaqdan imtina ediblər. Onlar həm də kollektiv müqavilə tariflərinin dəyişdirilməsini istəyirlər.

Pilotların tətillərinə görə cümə gününə planlaşdırılan təxminən 700 reys təxirə salınıb. Bundan başqa daha 90 uçuş İtaliyada aviadispetçrlərin tətilinə görə təxirə salınıb.

Məlumata görə, martın 20-də Almaniyadan Moskvaya olan 6 reys, Sankt-Peterburqa olan 4 reys və digər şəhərlərə olan reyslər baş tutmayacaq.

Qeyd edək ki, ötən il də pilotlar bir neçə dəfə tətil etmişdilər.

Gülnar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm