Dünya
"Tunisdə baş verən terror aktı demokratiyaya qarşı hücumdur"
İtaliya Prezidenti Sergio Mattarella “CNN” kanalına müsahibəsində Tunisin paytaxtında yaraqlıların parlament binasına və “Bardo” muzeyinə hücumu haqqında fikirlərini bildirib.
O, Tunisdə baş verən bu acı hadisənin ciddi həyəcan siqnalı olduğunu deyib: “Bu terror aktı bir daha göstərdi ki, İŞİD çox ciddi bir təhlükədir və təcili olaraq ona qarşı tədbirlər görülməlidir”.
İtaliya Prezidenti bu hadisəni demokratiyaya və mədəniyyətə qarşı
hücum kimi dəyərləndirib.
Roma Papası Fransisk də Tunisdə baş verənlərə münasibət bildirərək,
sülhə və insan həyatının toxunulmazlığına qarşı yönəlmiş bütün
aktları qınadığını bəyan edib.
Qeyd edək ki, Tunisin paytaxtında baş verən terror aktı nəticəsində
həlak olanlar arasında dörd italyanlı da olub. On bir italyanlı isə
yaralanıb.
AZƏRTAC
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB