NATO Moldovaya girir
Bizi izləyin

Dünya

NATO Moldovaya girir

Moldovanın baş naziri Kirill Qaburiç ölkədə NATO təmsilçiliyinin açılacağını elan edib.

Publika.az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, baş nazir Brüsselə səfəri zamanı NATO-nun baş katibi Yens Stoltenberqlə milli təhlükəsizlik sahəsində ikitərəfli əməkdaşlıq barədə də razılığa gəlib. Bu razılaşmaya əsasən Stoltenberq iyunun 1-nə kimi Kişinyova səfər edəcək. NATO təmsilşiliyinin baş katibin səfərinə kimi açılması planlaşdırılır.

Qaburiç səfərinin məhsuldar olduğunu deyib: "Nəticələri yaxın vaxtda görəcəyik. Brüsseldə bu mərhələdə atdığımız addımların uğuru və səhvlərimiz müzakirə olundu".

Qeyd edək ki, bundan əvvəl müdafiə naziri Viorel Çibotaru Moldovanın Ukraynadakı kimi hibrid müharibəyə hazırlaşdığını və artıq bəzi təhlükəsizlik tədbirlərinin görüldüyünü bildirib. Eyni zamanda o, müdafiə büdcəsinin 4 dəfə artırılmasının tələb olunduğunu qeyd edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm