Ukraynada hərbi müxbir öldürüldü
Bizi izləyin

Dünya

Ukraynada hərbi müxbir öldürüldü

Ukraynada hərbi müxbir, kapitan-leytenant Dmitri Labutkin öldürülüb. Onun cəsədi Dnepropetrovsk morqunda tapılıb.

Publika.az-ın Ukrayna mətbuatına istinadən məlumatına görə, bundan əvvəl separatçılar Labutkinin öldürüldüyünü bildirərək, onyn sənədlərini nümayiş etdiriblər. Lakin müxbirin öldürüldüyü barədə digər sübutlar olmayıb. Qohumları bunun separatçıların növbəti fitnəkarlığı olduğuna ümid edərək, sona qədər Labutkinin ölümünə inanmaq istəməyiblər. Lakin onun dostu Dmitrinin Debaltsevo uğrunda gedən döyüşlər zamanı öldürüldüyünü və artıq cəsədinin tapıldığını təsdiq edib.

Labutkin "Briz" hərbi telekanalının Sevastopoldakı reportyoru olub və Krımın ilhaqından sonra Ukraynanı satmayaraq, ailəsi ilə birlikdə Odessaya köçüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm