İŞİD-dən qorxunc plan: 1,5 milyon insan canlı qalxan olacaq
Bizi izləyin

Dünya

İŞİD-dən qorxunc plan: 1,5 milyon insan canlı qalxan olacaq

İraq ordusu Tikrit şəhərini İŞİD-dən xilas etməyə çalışdığı bir vaxtda terror təşkilatı Mosulda döyüşə hazırlaşır.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, şəhər ətrafında xəndəklər qazılıb, insanların şəhərdən çıxması qadağan edilib.

Məlumata görə, İŞİD Mosul üçün ölüm-dirim döyüşündə şəhərin 1,5 milyon əhalisindən canlı qalxan kimi istifadə etməyə hazırlaşır. Mosul bələdiyyəsinin bir işçisi İŞİD-in bələdiyyənin avtomobillərindən istifadə edərək şəhərin əsas girişlərində istehkamlar qurduğunu, yollarda partlayıcılar yerləşdirdiyini bildirib.

Mosul əhalisini ən çox qorxudan məsələ şəhərdən çıxa bilməməsidir. Məlumata görə, yalnız xəstə insanlar Mosul xəstəxanalarında müalicəsinin qeyri-mümkün olduğunu sübut edəndən sonra şəhərdən çıxa bilir. Sağlam insanların isə şəhərdən çıxması heç bir halda mümkün deyil.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm