ABŞ xüsusi təyinatlıları Yəməni tərk edir
Bizi izləyin

Dünya

ABŞ xüsusi təyinatlıları Yəməni tərk edir

ABŞ hakimiyyəti xüsusi təyinatlı güclərin 100-dən çox hərbçisinin Yəməndən təxliyyə edilməsi haqqında qərar qəbul edib.

Publika.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindəki şəxsi mənbələrə istinadən CNN bildirib.

CNN-nin məlumatına görə, qərar Yəməndə təhlükəsizliklə bağlı vəziyyətin kəskin pisləşməsi ilə əlaqədar qəbul edilib.

Qeyd edək ki, dünən Yəmən paytaxtı Sanada cümə namazı vaxtı məsciddə terror aktı törədilib. Nəticədə 137 insan həlak olub, 357-i yaralanıb. Terror aktına görə məsuliyyəti “İslam dövləti” (İŞİD) terror qruplaşmasının döyüşçüləri öz üzərinə götürüblər.

Amerika xüsusi təyinatlıları Yəmənin cənubundakı Al-Anad hərbi bazasında yerləşir. Onların təxliyyə edilməsindən sonra ölkə ərazisində ABŞ-ın hərbçiləri qalmayacaq.

Ötən ay isə ABŞ və bir neçə digər ölkə Yəməndəki səfirliklərin işini dayandırıb və vətəndaşlarını bu ölkəyə getməməyə çağırıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm