Jirinovskidən prezidentə ağır sözlər
Bizi izləyin

Dünya

Jirinovskidən prezidentə ağır sözlər

Rusiya Moskvada keçiriləcək 9 may- Qələbə günü tədbirlərinə qatılmaqdan imtina edən ölkə rəhbərlərini dəvət etməyə bilərdi.

ANS-in məlumatına görə, bu barədə Rusiya Liberal Demokrat Patiyasının lideri Vladimir Jirinovski Bolqarıstan prezidenti Rosen Plevneliyevin Moskvaya gəlməməsinə münasibət bildirərkən deyib.

Jirinovski hesab edir ki, Bolqarıstan prezidentinin Qələbə günü tədbirlərinə qatılmaması barədə qərar NATO səviyyəsində qəbul edilib.

"Bolqarıstan prezidentinin qərarı iyrəncdir. Ona görə ki, sadə vətəndaşlar ölkələrinin faşistlərinən əlindən xilas edilməsindən dolayı həmişə Rusiyaya minnətdar olacaq. Lakin Bolqarıstan almanlarla birgə Rusiyaya qarşı döyüşüb. Bolqarıstanının prezident sarıdan heç vaxt bəxti gəritməyib. Bolqarlar həmişə Rusiyadan yanadır. Prezident isə yox", - deyə Jirinovski bildirib.

Qeyd edək ki, mayın 9-da Rusiyada Qələbə günü ilə əlaqədar tədbirlər keçiriləxək. Bir sıra dövlətlərin prezidentləri Moskvaya dəvət edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm